Kim Çen Inın bacısı onun ağır xəstəliyindən danışdı

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Ye Çjon bildirib ki, qardaşı Şimali Koreyada “qızdırma” epidemiyası zamanı ağır xəstələnib.
O, respublika rəhbərinin koronavirusa yoluxmuş ola biləcəyini nəzərdə tutub:
“Baxmayaraq ki, o, yüksək temperaturla ağır xəstə idi, epidemiya əleyhinə mübarizə şərtlərində qeydinə qalmalı olduğu insanları düşünməkdən bir an belə dincələ bilmirdi”.
Kim Ye Çjon müvafiq bəyanatla epidemiya əleyhinə tədbirlərə həsr olunmuş iclasda çıxış edib.
Bu görüş çərçivəsində Kim Çen Inın özü respublikanın koronavirus üzərində minimum itki ilə qalib gəldiyini elan edib.
Qeyd edək ki, Şimali Koreyada COVID-19 qurbanlarının rəsmi sayı 74 nəfər olub.
Mənbə: The Guardian