Ukrayna Prezident Ofisi: "Müharibə Krımın azad olunması ilə başa çatmalıdır”

“Müharibə Krımın azad olunması ilə başa çatmalıdır”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
“Rusiya 2014-cü ildə Krımı həyəsızcasına ələ keçirməklə Ukraynaya və dünyaya qarşı müharibəyə başladı. Aydındır ki, bu müharibə Krımın azad edilməsi və “xüsusi hərbi əməliyyat"ın təşəbbüskarlarının qanuni yolla cəzalandırılması ilə yekunlaşmalıdır”, - o vurğulayıb.