Britaniya Kiyevə sualtı dronlar verəcək


Böyük Britaniya qara dənizdəki naviqasiya yollarının minadan təmizlənməsi üçün sualtı dronlar verəcək.

APA-nın xəbərinə görə, bu məlumatı Anadolu Agentliyi Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadla yayıb.

Ukraynaya ümumilikdə 5 belə pilotsuz aparat veriləcək. onlardan üçün Britaniya ordusunun arsenalından götürüləcək, digər üçü isə istehsalçı şirkətdən alınacaq. Bu aparatlar yüz metrədək dərinlikdə minaları aşkar edə bilir. Cihazları işlədə bilmək üçün Ukrayna hərbçilərinə xüsusi kurs da keçiləcək.