Niderlandın ABŞ-da təlimlərdə iştirak edən 3 əsgəri atışma nəticəsində yaralanıb.
Report xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə İndianapolis şəhərində atışma zamanı komando bölməsinin 3 üzvü yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu, digər iki zərərçəkənin huşunun yerində olduğu bildirilir.
Qeyd olunur ki, insident hərbçilərin qaldığı oteldə baş verib.