Almaniyada bəzi ticarət mərkəzləri enerjiyə qənaət çərçivəsində eskalatorların işini dayandırıb.
Sherg.az oxu.az-a istinadən xəbər verir ki, hadisə "Saturn" və "Karstadt" pərakəndə satış şəbəkələrində qeydə alınıb.
Bəzi mərkəzlərdə isə işıqlandırmanın azaldılması yolu ilə enerjiyə qənaət edilir.
Qeyd edək ki, avqustun 24-də Almaniya hökuməti qışda qaz istehlakını 2-2,5% azaldacaq enerjiyə qənaət tədbirlərini razılaşdırıb. Tədbirlərə, xüsusən, idarələrdə və dövlət müəssisələrində istilik temperaturunun 20-dən 19 dərəcəyə endirilməsi, saat 22:00-dan 06:00-dək binaların və abidələrin açıq hava reklamlarının və işıqlandırılmasının dayandırılması daxildir.
Bundan əlavə, mağaza sahiblərinə qapıları uzun müddət açıq saxlamaq qadağan ediləcək.