Efiopiyada Tıqray üsyançıları şəhər ələ keçirib


Efiopiyanın şimalındakı Tiqray Xalq Azadlıq Cəbhəsi Amhara əyalətində yerləşən strateji əhəmiyyətli Kobo şəhərini ələ keçirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, əks-hücum zamanı Tiqray qüvvələri Kobe üzərində nəzarəti bərqərar edib.

Tiqrayın inzibati sərhədindən cənubda Amhara ərazisində yerləşən bir sıra digər yaşayış məntəqələri də ələ keçirilib.

Avqustun 24-də Efiopiya hökuməti və Tiqray üsyançılarının rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Son günlər Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.