3 gəminin Ukraynadan çıxışına icazə verilib

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 3 gəminin çıxışına icazə verib.

APA-nın xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü təxminən 73 000 tondur. Onlar Türkiyə, Rumıniya və Misirə taxıl və qarğıdalı daşıyır.