Fransa və Rumıniya Ukraynadan taxıl ixracının genişləndirilməsinə dair saziş imzalayacaq


Fransa və Rumıniya sentyabrın 12-də Ukrayna taxılının Avropaya və inkişaf etməkdə olan ölkələrə əlavə ixracına dair saziş imzalayacaqlar.

"Report" xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Klement Bon "France Inter" radiostansiyasına müsahibəsində deyib.

Bon qeyd edib ki, əlavə ixrac Avropa və inkişaf etməkdə olan ölkələr, o cümlədən Aralıq dənizi regionu üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, Fransa öz dəstəyi ilə taxılın çay, dəniz və quru yolları ilə bu cür təchizata ehtiyacı olan ölkələrə ixracı prosesini gücləndirəcək.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan dördtərəfli mərkəz silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.