
Makronun göstərilən etimadı doğrultmaması, onun siyasi gücünü zəiflədir -Analitik
14:05 16.01.2025
Dünya
404
Fransada LFI, Kommunist və Yaşıllar partiyaları yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır.
Bu sözləri Fransua Bayrunun Milli Assambleyada ümumi siyasət bəyanatından sonra Əyilməz Fransa (LFI) Partiyasının prezidenti, deputat Matild Pano yerli mətbuata müsahibəsində bildirib.
M.Pano sosialistləri məsələ barədə ciddi şəkildə düşünməyə çağıraraq vurğulayıb ki, makronist siyasətin davamlılığına çalışanlar Yeni Xalq Cəbhəsinin sıralarından çıxarılacaq.
“İnanıram ki, ekoloqlar və kommunistlər Fransua Bayrunun təkliflərinin yalnız bir hiylə olduğunu başa düşürlər və Emmanuel Makronun siyasətinə qəti şəkildə son qoymağın vaxtıdır,” - deyə o vurğulayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Emmanuel Makronun hakimiyyətə gəldiyi gündən indiyə qədər, Fransanın daxili və xarici siyasətində uğursuzluqlar müşahidə olunub:

"Fransanın bütün uğursuzluqları Makron hakimiyyəti ucbatından olmasa da, sözügedən hökumətin bunda müəyyən payı var. Hazırda rəsmi Paris neokolonial siyasətinə görə dünya siyası arenasında çətinliklərlə üzləşir. Xüsusilə Afrikada və okean aşırı ada dövlətlərində Fransaya qarşı artan etirazlar və azadlıq tələbləri nəzərə çarpır. Bu, rəsmi Parisin xarici siyasətindəki uğursuzluqların göstəricisidir. Daxili siyasətə baxdıqda isə görürük ki, Makron rəhbərliyə gəldiyi gündən bir sıra qanunverici islahatlar həyata keçirməyə çalışıb və sosial sahədə dəyişikliklər təklif edib. Lakin bu islahatlara qarşı ciddi etirazlar yaranıb. Bu da onun daxili siyasətinin zəifliyini göstərir. Narazılıqlar həm siyasi mühiti, həm də cəmiyyətin müxtəlif təbəqələrini narahat edib. Nəticədə, Makron həm Avropa Parlamentindəki seçkilərdə, həm də ölkə daxilindəki yerli seçkilərdə səs itirdi".
Ekspert bildirib ki, hazırda Fransa müxalifəti hökumətin daxili siyasətindəki səhvlərdən faydalanmağa çalışır:
"Makronun göstərilən etimadı doğrultmaması, onun siyasi gücünü daha da zəiflədir və müxaliflərə üstünlük verir. Bu mənada Makronun daxili siyasətindəki yanlışlıqlar və şəxsi məsələlər hakimiyyətdən getməsinə səbəb ola bilər. Nəticə olaraq, bu prosesin necə inkişaf edəcəyi və Makronun hakimiyyətdən getməsinin baş verib-verməyəcəyi zamanla daha da aydınlaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm