İraqın şimalında iki türk əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti əməliyyatda itki verib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı çavuş Harun Yıldırım və Savaş Borlu şəhid olub.

Daha 4 hərbçinin yaralandığı deyilir.