Kraliça II Elizabetin tabutu olan kortej Edinburq şəhərinə çatıb

Kraliça II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb və Holirud sarayına yönəlib.

Tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək, sentyabrın 12-də isə Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Karlın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.

Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” hərbi aviabazasına gətiriləcək.

Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.