Kanadada atışma olub, bir nəfər yaralanıb

Kanadanın Toronto şəhərində atışma nəticəsində bir nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı xəbər verib.

Hadisə meqapolisin mərkəzi hissəsindəki küçələrdən birində baş verib. Yaralanan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.