Xarkov vilayətində onlarla Rusiya əsgəri Ukrayna Silahlı Qüvvələrinə təslim olub - FOTO

Ukrayna əsgərləri Xarkov vilayətində yaşayış məntəqələrini rusiyalı hərbçilərdən azad etməkdə davam edirlər.
Ölməkdən qorxan rusiyalı əsgərlər kütləvi şəkildə Ukrayna Silahlı Qüvvələrinə təslim olurlar.
Bu barədə hərbi jurnalist Andrey Saplienko öz “Telegram” kanalında məlumat verib. O, əsir düşmüş əsgərlərin fotolarını da nümayiş etdirib.
Jurnalistin sözlərinə görə, döyüşlər nəticəsində ataman İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqada hərbi əsirlərin mübadilə fonduna onlarla rusiyalı əsgər və zabiti daxil edib.  
“Onlara statusları və mübadilə şansları izah olunur. Ukrayna ordusu nə qədər çox əsir götürsə, bir o qədər tez Rusiya düşərgələrində olan əsgərlərimiz evə qayıdacaqlar”, - deyə o qeyd edib.