Yunanıstana xəbərdarlıqdır!- “... Nəticələrinə qatlanacaqsız”

“Yunanıstan hələ də qaşımağa, qaşınmağa davam edir. Başqalarının hesabına bir macəraya atılsanız, bunun nəticələrinə qatlanacaqsız. Bu, Yunanıstana xəbərdarlıqdır”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə verdiyi açıqlamada “Bir gecə qəfil gələ bilərik” demişdi. Sözügedən cümlə Yunanıstanda zəlzələ effekti yaratmışdı.

Qeyd edək ki, Aralıq dənizində, beynəlxalq hava məkanında missiya uçuşları həyata keçirən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid F-16-lar avqustun 23-də Krit adasında Yunanıstana aid olan Rusiya istehsalı S-300 Hava Hücumundan Müdafiə Sistemi tərəfindən sıxışdırılıb. S-300 sisteminə aid hədəf izləmə və raket yönləndirmə radarı 10.000 fut yüksəklikdə uçuşlar həyata keçirən qırıcılara yerdən hava kilidi raketi atıb.

Yunanıstanın təzyiqinə baxmayaraq, Türkiyənin döyüş təyyarələri planlaşdırılmış missiyalarını tamamlayıb və təhlükəsiz şəkildə bazaya qayıdıb.

Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr NATO üzvü olan bir ölkənin döyüş təyyarələrinin Rusiya istehsalı olan S-300 sistemi ilə sıxışdırılmasının NATO-nun müttəfiqlik prinsiplərinə zidd olduğunu, Qərbin bu mövzuda ikitərəfli siyasət sərgilədiyini qiymətləndirib.