Ərdoğanla Putin görüşəcək! – “Ermənistanla Azərbaycan arasında sülh sazişi...”



"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı görüşün əsas müzakirə mövzusu Ukrayna müharibəsi, taxıl böhranı ola bilər”. 
Bu sözləri "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib. 
Onun sözlərinə görə, həmçinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, Qarabağda, eləcə də, Balkanlarda, Suriyada, Liviyada baş verən proseslər ətrafında fikir mübadiləsinin aparılması gözləniləndir:

“Son vaxtlar Yunanıstan - Türkiyə gərginliyi artan xətlə irəliləyir. Bu mövzudan da danışılması mümkündür. Rusiya neftinin, qazının Türkiyə üzərindən dünya bazarına çıxarılması məsələsi müzakirə predmetlərindəndir”.
Qeyd edək ki, sentyabrın 15-16-da 14 ölkənin dövlət başçısı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində iştirak edəcək. Türkiyə lideri R.T. Ərdoğan təşkilata üzv digər ölkələrin də liderləri ilə görüşəcək. Onun xüsusən rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.