Ukrayna ordusu cənubda irəliləyir! - 13 yaşayış məntəqəsini azad edib?

Ukrayna qoşunları cənubdakı cəbhə xəttində 12 km-dək irəliləyib.
Müdafiəçilər artıq Xerson vilayətinin 13 yaşayış məntəqəsini azad ediblər.
Bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı məlumat yayıb.
Azad edilən ərazilərin ümumi sahəsinin 500 kvadrat km-dən çox olduğu bildirilib.
“13 yaşayış məntəqəsi, o cümlədən Vısokopolie, Novovoznesenskoye, Beloqorka, Mirolyubovka azad edilib”, - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son 2 həftə ərzində 1800-dən çox işğalçını məhv edib, 150-dən çox komanda məntəqəsinə, komanda və istehkamlara zərbələr endirib, 122 tank və 500-dən çox zirehli texnika, 134 artilleriya sistemini sıradan çıxarıb.
Mənbə: rbc.ua