“Nikol Paşinyan ATƏT-in Minsk qrupunun yenidən bərpa olunmasını ümid edir”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Fuad Abbasov Paşinyanın Fransa prezidenti Emanuel Makron, ABŞ dövlət katibi Antoni Blinken və Rusiya dövlət başçısı Vladimir Putinə zəng edərək kömək istəməsini dəyərləndirərkən deyib.
Politoloq bildirib ki, diqqətlə baxsaq, hər üç şəxsin Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri olduğunu görərik:
“Ermənistanın baş naziri Minsk qrupunun əli ilə Azərbaycana təsir göstərməyi düşünür. Rəsmi Bakı isə Minsk qrupunun mövcudluğunu qəbul etmir.
Həm Fransa, həm ABŞ, həm də Rusiya Cənubi Qafqazda güclü tərəfdaş istəyir. Yəni Avropa üçün ac-yalavac Ermənistanın xaişlərindən çox qarşıdan gələn qış aylarındakı enerji təhlükəsizliyi daha vacibdir.
Azərbaycan isə beynəlxalq görüşlərdə enerji təhlükəsizliyindəki rolunu dəfələrlə vurğulayıb. Bununla da Azərbaycanın rəsmi İrəvandan daha önəmli partnyor olduğu təsdiqini tapır. Prosesləri diqqətə alsaq, nə Makronun, nə də Blinkenin Ermənistana dəstək göstərməyə heç bir səbəbi qalmır.
Artıq ermənilərin qırılırıq, acıq, soyqrıma uğramışıq bəhanələri də işləmir. Ona gorə də Makron və Blinken praktik yoldan hərəkət edərək Paşinyanın çağırışlarına məhəl qoymurlar”.