Londonun mərkəzində XIX əsrin 40-cı illərinin əvvəllərində Trafalqar meydanının künclərində quraşdırılmış dörd postamentdən birini tutaraq Kraliça II Elizabetinin atlı heykəli ucaldıla bilər.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti xəbər verib.
Məlumata əsasən, Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri hazırda Bukinqem Sarayının nümayəndələri ilə bu planı müzakirə edirlər.
Böyük Britaniyada 70 il 7 ayını taxtda keçirmiş II Elizabetin yalnız bir heykəli var. Abidə Londonun qərbində yerləşən Böyük Vindzor Parkının ərazisində ucaldılıb.