Əfqanıstan səhəri partlayışla açdı 

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.
Bildirilir ki, partlayış bu gün səhər yerli vaxtla saat 08 radələrində (Bakı vaxtı ilə 07:30-da) paytaxtın Kart-e Pərvan bölgəsində “Cəmiyyəti-İslami” (Əfqanıstan İslam Cəmiyyəti) siyasi partiyasının ofisinin yaxınlığında baş verib.
Şahidlərin sözlərinə görə, partlayışa səbəb hərbi maşının yola quraşdırılmış minaya düşməsi olub.
İlkin məlumatlara görə, bir neçə nəfər yaralanıb.