Yunanıstanın cənubunda güclü zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Orta Asiya Seysmoloji Mərkəzi məlumat verib.
Patra şəhərindən 68 km cənubda qeydə alınan zəlzələnin maqnitudası 5,7, episentri 2 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.