Zaporojye şəhərinə 10 raket zərbəsi endirilib, 17 nəfər ölüb

Ötən gecə Rusiya Ordusu Ukraynanın Zaporojye şəhərinə 10 raket zərbəsi endirib.

APA-nın “Ukrinform“-a istinadən verdiyi xəbərə görə, raketlər çoxmərtəbəli binada və fərdi evlərdə dağıntılara yol açıb.

Ən azı 17 nəfər ölüb, 40-a qədər yaralı var.