İran dövlət televiziyasında şok görüntü! Heç kim gözləmirdi -VİDEO

İranın dövlət televiziyasına “Əlinin ədaləti” haker qrupu tərəfindən kiberhücum olub. Hakerler İranın ali dini lideri Əli Xamneyinin çıxışı yayımlanarkən  dövlət televiziyasına müdaxilə edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Əlinin Ədaləti” haker qrupunun kiberhücumundan sonra ekranda bir neçə saniyə ərzində “Qadın, həyat, azadlıq” şüarı əks olunub, İranın Dini Lideri Xamneyinin alov içində yanan sifətinin təsviri və sözlər əks olunub. “Yalançı Çoban” nümayiş etdirilib. Ekranda “Sizin əllərinizdən gənclərimizin qanı damır” şüarı ilə nümayişlərdə öldürülən Mahsa Əmini və 3 gənc qızın fotoları görünüb.

"Əlinin Ədaləti" haker qrupu sosial media hesabında paylaşdığı paylaşımda "Xalqımızın tələbi ilə sözümüzün üstündə durduq və İranı azad etmək üçün nəsə etdik. Biz "Əlinin Ədaləti" qruplaşmasının köməyi ilə telekanala hücum etdik. İgid vətəndaşlar. Oyanın! Küçələrdə bizə qoşulun, korrupsioner sistem məhv olana qədər əməliyyatlarımızı davam etdirəcəyik”.  



Turan