Gürcüstanda mer motosikletlə qəzaya düşərək həlak olub

Gürcüstanın Terjoli şəhərinin meri Laşa Qoqiaşvili yol qəzası nəticəsində dünyasını dəyişib.

Hadisə Laşa Qoqiaşvilinin motosikletlə getdiyi Terjolinin Sefareti kəndi ərazisində baş verib.

Məlumata görə, merin motosikleti qoşqu ilə toqquşub.

Laşa Qoqiaşvili Kutaisidəki intervensional tibb mərkəzinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.