Çinin təyyarə və gəmiləri Tayvan sərhədinə yaxınlaşıb

Çinin 12 hərbi təyyarəsi və 4 gəmisi manevrlər zamanı Tayvan sərhədinə yaxınlaşıb.

"Report" xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

İddia olunur ki, manevrlər zamanı iki təyyarə - "Su-30" qırıcısı və "BZK-005" tipli kəşfiyyat pilotsuz təyyarəsiTayvan boğazının sözdə median xəttini keçib.

Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra Çin ordusu belə manevrləri müntəzəm olaraq keçirir.