Ukrayna Ordusu Luqanskın Stelmaxovka kəndini azad edib

Luqansk vilayətinin Stelmaxovka kəndi Ukrayna Ordusunun nəzarətinə keçib.

APA-nın xəbərinə görə, bu barədə Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Sergey Qayday deyib ki, artıq rəsmən Stelmaxovka kəndinin azad edildiyini açıqlayır. O, kənddən foto da paylaşıb.