Gözlərinin içinə baxaraq etiraz etdi: "Ölkənizdə qalsanız..."


Əri Şahzadə Uilyamla Şimali İrlandiyanın paytaxtı Belfast ziyarətinə gedən Keyt Middlton əl sıxdığı qadının etirazına səbəb olub. Qadın Uels şahzadəsi Keytə səslənib.

Sherg.az xarici media istinadən xəbər verir ki, 2011-ci ildə möhtəşəm toy mərasimində şahzadə Uilyamla evlənən və rəsmi olaraq Britaniya kral ailəsinin üzvü olan Keyt Middlton ingilislərin sevimli hersoginyasına çevrilib. Uels şahzadəsi Kate, Kraliçanın ölümü və Çarlzın kral olması ilə titullar dəyişdikdə, kral həyatında ən xoşagəlməz hadisələrdən biri ilə qarşılaşıb.

Ötən gün əri Şahzadə Uilyamla birlikdə Şimali İrlandiyanın paytaxtı Belfasta səfəri zamanı  bir qadın  Kate Middletonun əlini sıxaraq və gözlərinin içinə baxaraq ona etiraz edib.

Müxtəlif xeyriyyə təşkilatlarını da ziyarət edən Keyt və Uilyam cütlüyü hər zamanki kimi onları görməyə toplaşan insanlarla qısa söhbətlər edib. Bunlardan birində Uels şahzadəsi irlandiyalı qadından gözlənilməz sözlər eşidib.

Şahzadə Keyt adətən qadın və uşaqlarla keçirdiyi bu görüşdə ön cəbhədə olan yaşıl paltolu qadınla əl sıxır. Bir tərəfdən Keytin əlini uzun müddət sıxan, digər tərəfdən də mobil telefonu ilə həmin anları izləyən qadın gözlənilməz sözlər işlədib. O, ona gülümsəyən Keytə "Tanış olmağıma xoş oldum, amma öz ölkənizdə olsaydınız daha yaxşı olardı. İrlandiya irlandlara məxsusdur" deyə bildirib.

Uels şahzadəsi Keyt bu maraqlı etiraza təbəssümlə cavab verib və tərəddüd etmədən əl sıxmağa və pərəstişkar yoldaşlarını salamlamağa davam edib.

həmin anları əks etdirən video dünən sosial şəbəkələrdə yayılmağa başlayıb. Yaşıl paltolu qadının sözlərinə bir çox istifadəçi də reaksiya verib. İstifadəçilərdən biri “Bu hörmətsiz qadın sevmədiyi birini gözləməkdənsə, evdə otursa, daha yaxşı olar” şərhini yazıb. "Hər kəs Keyt və Uilyamı qucaq açıb qarşıladı" deyə başqa biri yazdı.

Turan