Akşener tribunaya mədənçi dəbilqəsində çıxdı - VİDEO

Türkiyə İYİ partiyasının lideri Meral Akşener partiyasının qrup toplantısında başına mədənçi dəbilqəsi taxaraq çıxış edib.
Bununla türkiyəli siyasətçi oktyabrın 14-də Bartın vilayətində yerləşən mədəndə baş verən partlayış zamanı həlak olan işçilərin xatirəsini yad edib.
Xatırladaq ki, Türkiyənin Bartın şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 41 nəfər həyatını itirib.