İranın nüvə proqramı ilə bağlı məlumatlar internetə SIZDIRILDI

Hakimiyyət təşkilatın tələblərini yerinə yetirməkdən və bütün siyasi məhbusları və həbs olunan etirazçıları azad etməkdən imtina etdikdən sonra "Dark Reward" qrupunun hakerləri İranın Nüvə Enerjisi İstehsalı və İnkişafı şirkətinin sənədlərini ələ keçirərək internetə yerləşdiriblər.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" "Dark Reward" və İran dövlət mediasının bəyanatına istinadla məlumat yayıb.

Bildirilib ki, açıqlanan məlumatlara Buşehr elektrik stansiyasının müxtəlif hissələrinin idarə edilməsi və istismar cədvəlləri, orada çalışan iranlı və rusiyalı mütəxəssislərin pasportları və vizaları, həmçinin yerli və xarici tərəfdaşlarla nüvə işlənməsi müqavilələri daxildir.

Oktyabrın 21-də "Dark Reward" şirkəti Nüvə Enerjisinin İstehsalı və İnkişafı şirkətinin e-poçt sistemini sındırdığını iddia etdi və hakimiyyəti siyasi məhbusları və iğtişaşlar zamanı həbs olunan insanları azad etməsə, məlumatları açıqlayacağı ilə hədələdi.

Hökumət isə hakerlərin təhdidlərinə cavab vermədi və İranın Atom Enerjisi Təşkilatının İctimai Diplomatiya və İnformasiya Departamenti yayılan məlumatı əhəmiyyətsiz hesab edərək, “bu addımın ictimaiyyətin diqqətini cəlb etmək üçün atıldığını” deyib.

"İstifadəçilərin e-poçtlarının məzmununa texniki mesajlar, gündəlik və cari mübadilələr daxildir", - İran dövlət mediası bildirib.