ABŞ  Ukraynaya “HAWK” Hava Hücumundan Müdafiə qurğusu tədarük etməyi nəzərdən keçirir

ABŞ qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün Ukraynaya “HAWK” Hava Hücumundan Müdafiə qurğusu tədarük etməyi nəzərdən keçirir.
“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, Ağ ev qurğuların ötürülməsi üçün “PDA” prosesindən istifadə edir. “PDA” ABŞ-a konqresin icazəsi olmadan müdafiə malları və xidmətlərini anbarlardan sürətlə ötürməyə imkan verir.
Məlumata görə, “HAWK” sistemi “PATRIOT” raket hücumundan müdafiə kompleksinin veriləcəyinin xəbərçisi sayılır.
Hələlik Ukrayna rəsmiləri “PATRİOT”la bağlı müraciət etməyiblər. Ona görə də “HAWK”ı müjdəçi sayırlar.