Seulda izdiham zamanı ölənlərin sayı 149-a çatıb

Cənubi Koreya hakimiyyəti Seulun mərkəzindəki İthevon küçəsində Hellouinin şənliyi zamanı baş verən izdihamda ən azı 149 nəfərin öldüyünü, ən azı 150 nəfərin yaralandığını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "YTN" televiziya kanalı Seul Xilasetmə Xidmətinin nümayəndəsinə istinadən bildirib.

“İki əcnəbi ölüb, 15-i yaralanıb", - deyə bildirilib. “İki əcnəbi ölüb, 15-i yaralanıb. Onların vətəndaşlığı barədə məlumat verilməyib.

Bundan əvvəl agentlik fövqəladə xidmətlərə istinadən ən azı 146 nəfərin öldüyü və 150 ​​nəfərin yaralandığı barədə məlumat vermişdi.