Ötən ilin sonunda dünyada COVID-19-dan 2641 ölüm qeydə alınıb

2024-cü ilin sonlarında dünyada 194 mindən çox insan COVID-19-a yoluxub.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

ÜST-ün məlumatına görə, bu dövrdə dünyada infeksiyadan 2641 ölüm qeydə alınıb.

Məlumata görə, noyabrın 11-dən dekabrın 8-dək dünyada 194 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,6 mindən çox insan COVID-19-dan dünyasını dəyişib.

ÜST COVID-in təhlükə olaraq qaldığını xatırladaraq çağırış edib.