Böyük Britaniyanın Milli Səhiyyə Xidməti insanın əhval-ruhiyyəsini yaxşılaşdıra biləcək beyin implantını sınaqdan keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.
“Aparatlar depressiya, narkomaniya, obsesiv-kompulsiv pozğunluq və epilepsiya kimi xəstəlikləri olan xəstələrə kömək etmək potensialına malik ola bilər”, - nəşr qeyd edib.
Qurğu neyron qruplarını “işə salmaq” üçün xüsusi ultrasəs impulsları ötürəcək. Onun təhlükəsizliyi və dözümlülüyü təxminən 30 xəstədə yoxlanılacaq.