Çində koronavirus həyəcanı: Qapanma qərarı verildi

Çinin üçüncü ən böyük şəhəri olan Quanqcouda Covid-19 tədbirləri genişləndirilib. Məlumat verilib ki, şəhərdə 45 yüksək riskli və 79 orta riskli ərazidə tam və ya qismən qapanma tətbiq edilib.

 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Quanqcou şəhərində Covid-19 hallarının artması ilə əlaqədar həyata keçirilən qismən karantin tədbirləri şəhərin əksər hissəsinə şamil edilib.

18 milyondan çox əhalisi olan şəhərdə əvvəlki gün 65 olan hadisələrin sayı son 24 saatda 139-a yüksəlsə də, Şanxayda olduğu kimi uzunmüddətli qapanma  olacağı gözlənilir.

Dünən şəhər boyu bütün vətəndaşlar üzərində kütləvi sınaqlar aparılarkən riskli ərazilərdəki kafe və restoranlar bağlanıb, kütləvi tədbirlər müvəqqəti dayandırılıb.

Vətəndaşlardan marketlərə, supermarketlərə və ticarət mərkəzlərinə daxil olmaq üçün 48 saat ərzində edilən Covid-19 testlərinin mənfi nəticəsini göstərməsi tələb olunur.

Turan