Somalidə silahlılar təhsil nazirliyinə hücum edib, 100 nəfər ölüb - YENİLƏNİB

Somalidə Təhsil Nazirliyinin binasına silahlı hücum zamanı ölənlərin sayı 100-ə çatıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

***

Saat 05:49

Somalinin paytaxtı Moqadişonun mərkəzində ölkənin Təhsil Nazirliyinin binasına hücum zamanı 30 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Hadisəni “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Hücum zamanı kamikadze nazirliyin qarşısında iki avtomobili partladıb.

Bunun ardınca bir qrup silahlı binaya daxil olub.

Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Hazırda bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.