Türkiyə XİN Cənubi Koreyaya başsağlığı verib


Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Koreyaya başsağlığı verib.

"Report"un yerli bürosu xəbər verir ki, başsağlığıda deyilir:

"Cənubi Koreya Respublikasının paytaxtı Seulda dünən baş verən izdiham nəticəsində çoxlu sayda insanın həyatını itirməsi və yaralanmasını hüznlə qarşılayırıq. Faciəvi izdiham nəticəsində həlak olanların yaxınlarına, dost Cənubi Koreya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq".