NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 3-5-də Türkiyəyə səfər edəcək.
O, bir sıra rəsmilərlə yanaşı, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparacaq.
Bu barədə çərşənbə günü alyansın mətbuat xidməti məlumat yayıb.
“3-5 noyabr 2022-ci il tarixlərində NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək”, - məlumatda bildirilib.
Qeyd olunub ki, Stoltenberq Türkiyə Prezidenti ilə yanaşı, Xarici İşlər Nazirliyinin rəhbəri və ölkənin Müdafiə naziri ilə danışıqlar aparacaq.

Mənbə: TASS