Putin səfərbərliyə cəlb edilənlərin sayını açıqladı

“Rusiya ordusunun sıralarına qoşulmaq istəyən könüllülərin axını davam edir”.
Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
O qeyd edib ki, 21 sentyabrdan etibarən Rusiyada 318 min nəfər səfərbərliyə cəlb edilib.
Rusiya lideri vurğulayıb ki, çağırışçıların 49 mini artıq döyüş tapşırıqlarını yerinə yetirir, qalanları isə hələ təlimlərdədirlər.
Mənbə: TASS