Qışda 800 min ukraynalı qaçqın  Polşaya keçə bilər

BMT-nin Uşaq Fondu (UNİCEF) xəbərdarlıq edib ki, qışda Ukraynadan yeni qaçqın dalğası 800 min nəfərə çata bilər.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” nəşri məlumat yayıb.

Fond hesab edir ki, Ukraynada soyuq hava və elektrik enerjisinin kəsilməsi 800 000-ə qədər insanın Polşa sərhədini keçməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, müharibə başlaynadan Ukraynadan Avropaya ümumilikdə 7,6 milyondan çox qaçqın üz tutub.