ABŞ müdafiə nazirinin köməkçisi Türkiyədə məsləhətləşmələr aparacaq

ABŞ müdafiə nazirinin köməkçisi Selest Uollander Türkiyədən olan həmkarları ilə müdafiə sahəsində əməkdaşlıqla bağlı məsləhətləşmələr aparacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Türkiyədə ABŞ müdafiə nazirinin köməkçisi Türkiyənin yüksək vəzifəli hərbçiləri ilə bölgədəki təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcək.