İranla Ermənistan elektrik və qaz mübadiləsi üzrə yeni saziş imzalayıb

İran və Ermənistan elektrik və qaz mübadiləsi üzrə yeni saziş imzalayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, noyabrın 1-də iki ölkə arasında İrandan Ermənistana qaz ixracının həcminin iki dəfə artırılmasına dair saziş imzalanıb. İran Ermənistandan elektrik enerjisi idxal edir və müqabilində bu ölkəyə qaz ixrac edir.

Hazırda İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edir ki, bu da yeni memoranduma əsasən iki dəfə artırılacaq.