Britaniyanın yeni Baş naziri Ukraynaya səfər edəcək

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko deyib.

O bildirib ki, təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır:

“Amma səfər mütləq baş tutacaq”.

Qeyd edək ki, R.Sunak oktyabrın 25-də ölkənin yeni baş naziri təyin edilib.

Xatırladaq ki, o, hələ seçki kampaniyası dövründə ilk xarici səfərinin Ukraynaya edəcəyini demişdi.