BMT: İqlim cəhənnəminə doğru gedirik!

İstixana qazlarının xaric edilməsi fonunda hazırda dünya iqlim cəhənnəminə doğru gedir.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

"Biz itirəcəyik. Günü-gündən istixana qazı tullantıları artır. Qlobal temperatur artır. Planetimiz sürətlə iqlim xaosunun geri dönüşü olmayan bir nöqtəsinə yaxınlaşır. Biz demək olar ki, avtobanda iqlim cəhənnəmi üzərindəyik və ayaq qaz pedalındadır.

İqlim probleminin səbəbi insan fəaliyyətidir. İnsan fəaliyyəti də bunun üçün həll yolu tapmalıdır. Temperatur artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq 2050-ci ilə qədər qlobal xalis sıfır tullantıya nail olmaq deməkdir. Dəhşətli aqibətdən qaçmaq üçün G20-nin bütün ölkələri keçid prosesini elə indi bu onillik ərzində sürətləndirməlidir", - Quterreş bildirib.