İspaniya hər iki aydan bir 400 Ukrayna əsgərinə təlim keçməyə hazırdır

Tezliklə 200-ə yaxın ukraynalı əsgər hərbi təlim keçmək üçün İspaniyaya gələcək.

Azərtac  Krallığın Müdafiə Nazirliyinə istinadla xəbər verir.

İspaniyanın naziri Marqarita Robles Toledoda Ukrayna Silahlı Qüvvələrinin polkovniki Yuliya Tapaçok ilə keçirdiyi görüşdə iki aydan bir ümumilikdə 400 ukraynalı əsgərə təlim keçməyi təklif edib.

M.Roblesin sözlərinə görə, İspaniya Silahlı Qüvvələri çox yaxşı hazırlanıb və bütün təlimlərdə Ukrayna hərbçilərinə kömək göstərəcək. Toledodakı Hərbi Təlim Mərkəzinin koordinasiyası ilə təlimlərə əsas təlim modulları, partlayıcı maddələrin zərərsizləşdirilməsi, əldəqayırma partlayıcılarla mübarizə, dəqiq atıcılıq təlimi və orta tibb işçilərinin hazırlığı daxildir. Biri 105/14 səhra artilleriya sisteminin, digəri isə İspaniyanın bu yaxınlarda Ukraynaya göndərdiyi əsas Hawk zenit sisteminin istifadəsi üçün kibermüdafiə kursu da planlaşdırılır.