Norveçin Tehrandakı səfiri Sequal Heq İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Norveç səfiri ölkəsinin parlament sədrinin İrana qarşı bəyanatlarına etiraz olaraq nazirliyə çağırılıb.
Norveç parlamentinin sədrinin müsahibəsində İrandakı iğtişaşları dəstəkləyən açıqlamaları qəti şəkildə pislənilib.