Türkiyə ordusundan PKK-ya qarşı uğurlu əməliyyat - VİDEO

Türkiyə ordusunun həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatı nəticəsində 11 PKK terrorçusu məhv edilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
Məlumatda həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçularla yanaşı, çoxlu sayda silah-sursat da ələ keçirilib.