Norveç səfiri Rusiya XİN-ə çağırılıb

Norveçin Moskvadakı səfiri Rune Ruseland Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.
Qeyd olunub ki, buna səbəb Norveçdə rusofobik davranışlar, həmçinin rus vətəndaşlarının həbsidir.
Rusiya XİN hesab edir ki, Norveçdə son aylarda ruslara qarşı çıxarılan hökmlər siyasi motivlidir.