Tramp yenidən prezident seçilərsə... - Bayden

Donald Tramp yenidən prezident seçilərsə, onun andiçmə mərasimində iştirak edəcəm.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden jurnalistlərin sualına cavabında deyib.

“Mən onun kimi deyiləm, daha yaxşı maneralara malikəm”, - deyə Bayden bildirib.

Qeyd edək ki, Donald Tramp 2021-ci ildə Co Baydenin andiçmə mərasiminə qatılmayıb.