Güney Azərbaycanda növbəti etiraz aksiyası keçirildi

Şərqi Azərbaycanın Təbriz, o cümlədən Ərdəbil şəhərlərində rabitə sahəsində çalışmış təqaüdçülər etiraz aksiyası keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Təqaüdçülər pensiyaların artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasına etirazlarını bildiriblər.
Həmçinin İranın Xuzistan, Kirmanşah, Gilan, İsfahan və Fars əyalətlərində də təqaüdçülər etiraz aksiyaları təşkil ediblər.