Gəncədə yeniyetməni avtomobil vurub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu təvəllüdlü T.Şükür İlahini vurub.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.