Türkiyə meşə yanğınları ilə mübarizədə Yunanıstana dəstək verib

Türkiyə Yunanıstandakı meşə yanğınları ilə mübarizə üçün adı çəkilən ölkəyə iki yanğınsöndürən təyyarə və bir helikopter göndərib.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onlar dərhal yanğınlarla mübarizəyə cəlb olunub.


Yanğınlarla mübarizədə dəstəyi bir müddət əvvəl hökumət adından Türkiyənin xarici işlər naziri Hakan Fidan təklif edib.

Qeyd edək ki, yanğınlar nəticəsində Afinanın şərqindəki Varnava bölkəsində 9 yaşayış məntəqəsi və iki xəstəxana köçürülüb. Paytaxtda bir neçə xəstəxana hazır vəziyyətə gətirilib.